““Şahnamə”nin türk məktəblərində tədrisini doğru hesab etmirəm”

 
 
Sabir Rüstəmxanlı: “Şahnamə” fars şovinizmini təbliğ edən, Turan qarşı yazılmış bir əsərdir”
 
Sabiq milllət vəkili, xalq şairi Sabir Rüstəmxanlı Moderator.az -a açıqlamasında tanınmış fars şairi Əbülqasım Firdovsinin “Şahnamə” əsəri ilə bağlı maraqlı fikirlər səsləndirib. Orta əsrlər dönəmində bu əsərin Azərbaycan mədrəsələrində geniş tədris edildiyinə diqqət çəkən S.Rüstəmxanlı, bu əsərin tədrisini doğru hesab etmədiyini vurğuladı:
 
“Hazırda məktəblərdə “Şahnamə” geniş tədris olunmur. Orta əsrlər dönəmində isə “Şahnamə” Azərbaycan mədrəsələrində, məktəblərində əsas təsdris vasitələrindən biri idi. Çünki başqa ədəbiyyatlar az idi. Həmçinin, “Şahnamə”ni İran tarix üzrə etibarlı mənbə hesab edirdilər. Bu əsərin Şərqin bir sıra şairlərinə, hətta Nizami Gəncəviyə də təsiri olmuşdur.
 
“Şahnamə” fars şovinizmini təbliğ edən, Turan qarşı yazılmış bir əsərdir. Doğrudur, orada İran-Turan münasibətlərindən də bəhs olunur. Lakin küll halında bu, fars şovinizminə xidmət edən, onu ideallaşdıran bir əsərdir. Bu, siyasiləşdirilmiş tarixdir. “Şahnamə”nin türk məktəblərində tədrisini doğru hesab etmirəm. Türkə nifrət ruhunda yazılmış bir əsəri məktəblilərə oxutmaq nə dərəcədə doğru olar?”
 
Seymur Əliyev

Загрузка...
Загрузка...