​"Sahil" metrosunda bizi hansı YENİLİKLƏR gözləyir? - VİDEO

Baxış sayı: 
159

 
50 yaşlı stansiya yeni görkəmdə sərnişinlərin ixtiyarına veriləcək. Bu məqsədlə təmir və yenidənqurma işləri sürətlə aparılır.
Söhbət indiyədək təmir olunmayan metronun "Sahil" stansiyasından gedir. Stansiyanın karroziyaya uğramış dəmir divarları sökülüb yenisi ilə əvəz olunub. Sərnişinlərin dayandığı platforma isə yararsız hala düşdüyündən bura yeni beton örtük vurulur.
Publika.az bildirir ki, "Sahil" stansiyasında əsas yenilik isə eskalatorlarla bağlıdır.
"28 May" stansiyası ilə müqayisədə, burada quraşdırlacaq eskalatorların eni bir metr olacaq ki, bu da stansiyaya enib-qalxarkən, xüsusən gur saatlarda, sərnişin dövriyyəsini əvvəlkindən daha operativ və rahat qurmağa imkan verəcək. Stansiya 3D divar lövhələr və LED işıqlandırma sistemləri ilə təchiz ediləcək.
Qeyd edək ki, Sahil stansiyasında bütün işlər qurumun öz hesabına, tikinti və istismar sahəsinin işçiləri tərəfindən görülür. (xezerxeber.az)

Загрузка...
Загрузка...