Sahibkarların düşməni gömrükdən qovuldu - həbslər gözlənilir

 
 
Trans Broker” MMC-nin rəhbəri, gömrükdə "iş adamlarının qənimi" kimi ad çıxaran Əbülfəz Məlikov işdən qovulub
 
Bu barədə istiqlal.az-a gömrükdəki mənbələrdən məlumat daxil olub.
 
Mənbə deyir ki, az öncə gömrükdəki idxala əsas maneə kimi tanınan Əbülfəz Məlikovun rəhbərlik etdiyi “Trans Broker” MMC-dən 150 işçi ixtisar edilmişdi. İndi MMC-nin səlahiyyətləri qanunla müəyyən edilən həddə qədər məhdudlaşdırılıb, rəhbəri isə işdən çıxarılıb: "Daxil audit Əbülfəz Məlikovun yeyintilərini üzə çıxarıb. Auditin nəticələri Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə idarəsinə göndərilib. Ə.Məlikov və yaxın ətrafının hətta həbs edilmə ehtimalı da var".
 
Mənbə onu da bildirir ki, Ə.Məlikov işən çıxarılması gömrükdəki islahatların tərkib hissəsidir: Bu yaxınlarda başqa dəyişikliklər də olacaq.
 
Yada salaq ki, Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bir qədər öncə mediaya bildirmişdi ki, gömrük nəzarətinin formalarının idxal-ixrac prosedurları üzrə tətbiqinin daha da optimallaşdırılması üçün avqustun 1-dən gömrük sahəsində yeniliklərin tətbiqinə başlanacaq. Bu yeniliklər gömrük rəsmiləşdirilməsinin daha çevik və şəffaf həyata keçirilməsi, eyni zamanda məmur-sahibkar münasibətlərinin müasir idarəçilik prinsipləri əsasında inkişaf etdirilməsi məqsədi daşıyır. Qarşıda duran vəzifə ondan ibarətdir ki, yaşıl dəhliz və digər dəhlizlərin tikintisi, giriş-çıxış, axtarış sisteminin tətbiqi ilə bağlı müəyyən tapşırıqlar verilib. Bunların icrası nəticəsində avqustun 1-dən dəhlizlərin tətbiqi, eyni zamanda bu sistemin tam istifadəsi üçün tədbir görürük”.