​Şagirdinin alnına “axmaq” sözü yazan müəllimə işdən qovularaq məhkəməyə verildi

 
 
İkinci sinif şagirdinin alnına “axmaq” sözünü yazan müəllimə xarici medianı bir-birinə qatıb. Uşağın valideynləri müəllimənin bu hərəkətini sərt qınayaraq aidiyyatı qurumlara müraciət edəcəklərini bildiriblər.
 
Moderator.az xəbər verir ki, hadisə Rusiyanın Sankt-Peterburq şəhərində baş verib.
 
İki şagirdinin dərs zamanı bir-birilərinin qoluna tatuaj çəkdiklərini görən müəllimə karandaşı götürərək şagirdlərdən birinin alnına rus dilində “duraq”, “axmaq” sözü yazaraq evə buraxıb. İkinci sinif şagirdi uşağın valideynləri müəllimənin bu addımını qınayaraq məktəb rəhbərliyinə şikayət ediblər. Məktəb rəhbərliyi isə müəlliməni bu hərəkətinə görə məktəbdən qovub.
 
İndi isə uşağın valideynləri müəlliməni məhkməyə verəcəklərini bildiriblər. Rusiya qanunlarına görə müəllimə yazdığı hər bir hərfə görə cərimə ödəyəcək.
 
Vasif Əlihüseyn

Загрузка...
Загрузка...