​Şagirdinə qarşı iyrənc əməldə təqsirləndirilən direktor işdən qovuldu

 
Zərdabın Şahhüseynli kəndində şagirdinə qarşı seksual hərəkətlər etməkdə təqsirləndirilən məktəbin direktor əvəzi Ceyhun Tofiqli işdən çıxarılıb.
 
Teleqraf.com xəbər verir ki, bu barədə Lent.az-a Zərdab rayon Təhsil Şöbəsindən bildirilib. C. Tofilinin vəzifəsinə noyabrın 16-dan xitam verilib.
 
Bir neçə gün əvvəl şagirdinə qarşı seksual xarakterli zorakılıq əməli törətməkdə şübhəli bilinərək polis tərəfindən saxlanılan Zərdab rayon Şahhüseynli kənd orta məktəbinin direktoru Ceyhun Tofiqli sərbəst buraxılıb. Zərdab rayon Polis Şöbəsindən verilən məlumata görə, C. Tofiqlinin izahatı alınıb və o, sərbəst buraxılıb.
 
 
Hadisə ictimailəşəndən sonra qızın valideynləri müraciətlərini geri götürüblər. Onlar hər hansı seksual xarakterli zorakılığın şahidi olmadıqlarını bildiriblər.
 
 
Qeyd edək ki, C.Tofiqli daha əvvəl 2 dəfə ailə qurub və boşanıb. Onun 3-cü həyat yoldaşı isə məlum hadisədən sonra 2 uşağını da götürərək Cəlilabada - ata evinə qayıdıb.