Şagirdi qaçırılan məktəb direktoru DANIŞDI: “Məsuliyyəti biz daşımırıq” (YENİLƏNİB)

 
Sumqayıt şəhəri 9 sayli məktəbin direktoru Bəhruz Səlimxanov polisə çağırılması barədə yayılan məlumatları təkzib edib.
 
Bəhruz Səlimxanov Publika.az-a açıqlamasında deyib ki, polisə çağırılması barədə yayılan məlumatlar doğru deyil:
 
“Mənim polisə çağırılmağım barədə yayılan xəbərlər doğru deyil. Gördüyünüz ki, heç yerə getməmişəm və iş başındayam. Digər tərəfdən isə məktəbimizin qız şagirdinin qaçması barədə məlumata malik deyiləm. Əgər kimsə dərsdən sonra qoşulub qaçırsa belə onun məsuliyyətini biz daşımırıq”.
 
***
 
Sumqayıt şəhərində məktəbli qız qaçırılıb.
 
 
Sumqayıt şəhərində 9 saylı orta məktəbin 11-ci sinif şagirdi olan qızı qaçırıblar.
 
 
Bu barədə şəhər sakinləri avropa.info-ya xəbər verib.
 
Baş verən hadisə ilə bağlı 9 saylı məktəbin direktoru Bəhruz Səlimxanov Sumqayıt şəhər Polis İdarəsinə aparılıb.