Şagird məktəbi yandırdı, müəllimi və uşaqları baltaladı - 1 ölü, 5 yaralı var - VİDEO

Rusiyada məktəblərin birinə silahlı hücum olub. Hadisə Rusiyanın tərkibinə daxil olan Buryatiya Respublikasının Ulan-Ude şəhərində 5 saylı məktəbdə qeydə alınıb.
Publika.az xəbər verir ki, Buryatiya rəsmilərinin verdiyi məlumata görə, hadisə 3 nəfər 9-cu sinif şagirdi tərəfindən törədilib. Onlar əllərində soyuq silah (balta, bıçaq) və “Molotov kokteyli” ilə məktəbə hücum ediblər.
Hadisə zamanı məktəbdə 500 nəfər şagird və müəllim olub. Yeniyetmələr ilk olaraq 7-ci siniflərin dərs keçdiyi otağa daxil olub və sinif otağına partlayıcı atıblar. Nəticədə sinifdə yanğın baş verib. Baltalanan 1 nəfər 7-ci sinif şagirdi ölüb, 1-i müəllim olmaqla, daha 5 nəfər ağır yaralanıb.
Polisdən verilən məlumata görə, hücumçulardan biri özünü öldürməyə cəhd edib. Hadisə zamanı 2 nəfər saxlanılıb. Bir nəfər isə qaçıb.
Hazırda hadisənin hansı səbəbdən törədildiyi araşdırılır. İnsidentlə əlaqədar 2 nəfər saxlanılıb. Qaçan şəxsin axtarışları davam edir
Hadisənin baş verdiyi məktəbdən görüntülər yayılıb:
 

Загрузка...
Загрузка...