Sadə amerikalılar erməniləri niyə dəstəkləyir - 5 səbəb...

The Washington Post qəzetində oxucuların rəyinə nəzər saldım.
Siz də baxın. Görün ki, amerikalılar hansı ağılın sahibidir...
Patty Smith yazır: "Mən nə erməniyəm, nə də azərbaycanlı. Ancaq mən 5 şey bilirəm. 1) Ermənilər xristiandır. 2) Azərbaycanlılar müsəlmandır. 3) Müsəlmanlar xristianlara nifrət edir və onların hamısın öldürmək istəyir. 4) Azərbaycan müsəlman ölkəsi kimi ABŞ-a və eyni zamanda bütün xristianlara nifrət edir. 5) Azərbaycan bizim düşmənimizdir, ona görə də mən Ermənistanı müdafiə edirəm"...
Bob Mal yazır: "Bu həqiqətdir ki, monqollar Dünya Ticarət Mərkəzini 11 sentyabr 2001-ci ildə terror hücumları ilə dağıtdılar. Madrid, London, Paris, Brüssel həmçinin, Kosovo və Bosniyanın yarısını da monqollar məhv etdi. Azərilər və başqa monqollar Səudiyyənin pulları hesabına NATO-ABŞ-ın bütün işlərini bəyənirlər. Ancaq bunları hesaba alan kimdir ki"...
Robert MC.Kendly yazır: "Müsəlman azərbaycanlılar türkdürlər. Türklər isə İŞİD deməkdir. Əgər siz xristiansınızsa və ya müsəlman deyilsinizsə, deməli, müsəlman türkləri siz öldürmək istəyir"...
Göründüyü kimi, amerikalılar çoxlarının düşündüyü kimi o qədər də ağıllı deyillər. Onların arasında dünyadan bixəbər adam olduqca çoxdur. Şərhlərdən aydın görünür ki, onlar söhbətin nədən getdiyini belə dəqiq bilmirlər. Və dünyaya hələ də xristian təəssübkeşliyi prizmasından baxırlar....
Musavat.com