Saçlarınızdakı ağları qoz qabığı ilə qaraldın - Effektiv və sərfəli üsul

 
 
Qoz qabığı ilə saç boyamaq üsulu olduqca qədim dövrlərdən etibarən həyata keçirilir. Sağlıqlı və heç bir zərərli təsiri olmayan bu vasitə saçlarınızdakı ağları qaralda bilir, tərkibindəki bir çox vitamin və minerallarla da saçlarınızı və saç köklərinizi qidalandırır.
 
Gündə 3 dəfə və həftədə 3 gün 1 stəkan miqdarında tətbiq edəcəyiniz bu təbii vasitə ilə saçlarınızdakı ağlardan qısa bir zamanda qurtula bilərsiniz.
 
Qoz qabığı ilə saç boyamaq
 
Moderator.az ailem.az-a istinadən bildirir ki, qoz qabığı ilə saç boyamaq üçün çatlamış və yetişmiş yaşıl qoz qabıqlarından 3 xörək qaşığı götürüb bir kasaya qoyun və yaxşıca əzin.
 
Bir qaba azacıq su əlavə edərək qoz yarpaqlarını da ora əlavə edərək qaynadın. Əzdiyiniz qoz qabıqlarını da qarışımın içinə tökün. Maye halına düşən bu qarışımı bir balona yığın və istədiyiniz zaman saçlarınıza vurun.

Загрузка...
Загрузка...