Saçlarınız tökülür və ya həcmsizdir? — Artıq belə probleminiz qalmayacaq

Saçlarınızın qayğısına qalmaq istəyirsinizsə, sadəcə folikulları müalicə etmək yetərli deyil. Folikulları qidalandıran ətraf toxunmaların da sağlam olması gərəkdir. Məhz bu toxunmalar vasitəsi ilə folikullar qidalanır.
Mikrotok terapiyası saçlarımızın çoxalması üçün ən təsirli vasitələrdən biridir. Baş dərisinə sabitlənmiş elektrodlarla aşağı tezlikli impulslar dərinin qatlarına nüfuz edərək kök toxumalarında maddələr mübadiləsini aktivləşdirir.
 
Bu prosesi və onun müsbət təsirlərini daha ətraflı izah edək:
 
1.    Elektrik impulsları qan və limfa damarlarını genişləndirir, folikullarda qan dövranını yaxşılaşdırır.
 
2.    Nəticədə folikullar daha çox oksigen və digər zəruri maddələr əldə edir. Dəri qatlarındaki təsirini artırmaq üçün xüsusi terapevtik və qidalandırıcı serumlar tətbiq edilir
 
3.    Hüceyrə tənəffüsü normallaşır.
 
4.    Qaşınma, iltihab, əzələ sıxılmasını aradan qaldırılır.
 
Elektrik cərəyanının zəif impulsları yumşaq fizioterapiya təsirini təmin edir, bərpa prosesini sürətləndirir, saç daha sürətli uzanır, daha sağlam və gözəl görünür. Artıq ilk prosedurdan sonra saç tökülməsi azalır. Onu da qeyd edək ki, bu proses ağrısız və təhlükəsizdir.
 
Mikrocərəyan terapiyasına aşağıda qeyd edilən hallarda müraciət edə bilərsiniz
 
•    Saçlarınız tökülür və ya həcmsizdir
•    Kövrək,quru,və ya yağlı saçlara sahibsinizsə
 
•    Saçın nazilməsi və parıltısını itirməsi zamanı
 
•    Kəpək və digər baş dərisi ilə bağlı problemlər zamanı
 
Mikrocərəyan terapiyası eyni zamanda saçınızın tez uzaması, çoxalması üçün də tətbiq oluna bilər.
 
Mikrocərəyan terapiyası yalnız müstəqil terapiya kimi istifadə edilmir, həm də dərinin kompleks müalicəsi üçün əlavə müalicə üsulu kimi istifadə edilə bilər. Mikrocərəyanın təsiri dərmanların asimilyasiyasını artırır.

Загрузка...
Загрузка...