Saçlarını çeynəyən 16 yaşlı qız öldü- FOTO

 
 
16 yaşlı Jasmin Buver saçlarını çeynədiyi üçün dünyasını dəyişib. Təhsil aldığı kollekcdə halı pisləşən Jasmin istirahət etmək üçün evə göndərilib. Bir neçə gün sonra evdə halı daha da pisləşən Jasmin xəstəxanaya yerləşdirilib. Xəstəxanada dünyasını dəyişən qızla bağlı araşdırmaya başlanılıb. Həkimlər Jasminin mədəsindən tük topası çıxarıblar.
 
Məlum olub ki, Jasmin xəstəlikdən əziyyət çəkdiyi üçün uşaqlıqdan saçlarını çeynəyirmiş. Jasminin ən yaxın rəfiqəsi olan Billi Djo Eşvel Jasminin ailəsinə kömək etmək üçün pul toplamağa başlayıb. 
Moderator.az 16 yaşlı qızın fotolarını təqdim edir.
 
 
 
Vasif Əlihüseyn

Загрузка...
Загрузка...