Saçını boyatmaq üçün getdi, başının dərisi yandı - FOTO

 
 
Amerikada saçını boyatmaq istəyən qadının baş dərisində 3-cü dərəcəli yanıq yaranıb.
 
Moderator.az xarici mediaya istinadən xəbər verir ki, Floridada yaşayan Morqan Reynolds adlı qadın, peşəkar bir gözəllik mərkəzinə gedərək saçlarını rənglədib. Boyada olan kimyəvi maddələr qadının baş dərisində üçüncü dərəcəli yanıq əmələ gəlməsinə səbəb olub.
 
Qadın boyanın saçına tətbiq olunduğu anda saç dərisində yanıq hissi duyduğunu, ancaq heç kimin  ona məhəl qoymadığını bildirib. Başındakı yandırıcı ağrı azalmadığı üçün xəstəxanaya gedən qadının baş dərisində üçüncü dərəcəli yanıq olduğu məlum olub. Bir çox əməliyyat keçirən bədbəxt qadın, hələ də əvvəlki halına qayıda bilmir.

Загрузка...
Загрузка...