Sabunçu rayonunda kpməksiz qalan paytaxt sakinləri xilas edilib.

 Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən turaninfo.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonunda mənzildə 2 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
 Dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilə baxış keçirmiş və vətəndaşları aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 19:05-də başa çatmışdır.