Sabunçu rayonunda hər yağışdan sonra yaranan göl... - FOTO

Bakıda gecə saatlarından başlayan yağış paytaxtın müxtəlif yerlərində ciddi problemlər yaradıb. Hər dəfə yağış yağandan sonra problemin yaşandığı rayonlardan biri də Sabunçudur. Bu dəfə də yağan yağışlar Sabunçu vağzalının qarşısında keçilməz göl yaradıb.
Turaninfo.az Musavat.com-a istinadən  xəbər verir ki, yaranan göl avtomobillərin və piyadaların hərəkətinə problem yaradıb. Vağzal ətrafındakı mağazlara giriş mümkünsüz olub. Axşam saatlarından vağzal ətrafındakı dayanacaqlarda saxlanılan maşınlar yağış suları altında qalıb.
Bu ərazidə hər dəfə gölün yaranmasının səbəbi kanalizasiya sisteminin zəif olmasıdır. Hazırda gölü keçmək üçün sakinlər uzun məsafələr qət etmək məcburiyyətində qalıblar.
55, 62 və 93 nömrəli marşrut xətlərinin hərəkətində problemlər yaranıb. Avtobuslar sərnişinləri götürmək üçün məcburi şəkildə səkilərə çıxmalı olur.