​Sabirabadın deputatı qəhətə çıxıb: Rüstəm Xəlilov Tarif Şurasını saymır? - ÖZƏL

 
 
64 saylı Sabirabad ikinci seçki dairəsinin seçiciləri deputatını axtarır.
 
Politika.Az xəbər verir ki, Xəlilov Rüstəm Gülabba oğlu qəfildən qəhətə çıxıb.
 
Millət vəkili sabirabadlı seçiciləri ilə maraqlanmır. Amma seçicilər onunla maraqlanır ki, deputat necə dolanır, bahalaşma həyatı hansı formada təsir edib.
 
Onların sözlərinə görə, R.Xəlilovu nə büdcə müzakirələrində, nə Tarif Şurasının qərarlarında, nə də Sabirabaddakı qərargahında görmək oldu. Seçicilər xahiş edirlər ki, deputat narahatlığa son qoysun, harada fəaliyyət göstərdiyini açıqlasın.
 
Sabirabadda daha heç bir problem qalmadığını, rayon mərkəzində və kəndlərdə yaşayanların firavan həyat yaşadığını istehza ilə bildirən seçicilər R.Xəlilovun üzünü görməyi arzulayırlar.
 
Dəfələrlə “lal” deputat rubrikasında müxtəlif mandat sahibləri haqda arayış təqdim etmişik. Hətta onların arasında da son qərarlar barəsindən çıxış edənlər və etirazını bildirənlər oldu. Amma R.Xəlilovun başının nəyə qarışdığı aydın deyil.
 
Politika.Az xəbər verir ki, Milli Məclisin iclaslarında müxtəlif qanun layihələri müzakirə olunur. Deputatlar ölkənin siyasi-iqtisadi, sosial-hüquqi sahələri üzrə təkliflər verir, çıxışlar edir.
 
Parlamentarilər müxtəlif məsələlərə münasibət bildirir: bank sektoru, manatın taleyi, beynəlxalq təşkilatların ölkəmizlə əlaqələri, Qarabağ problemi və s. aktual mövzular ətrafında fikirlərini açıqlayır. Amma bu çıxışların heç birində Sabirabbadan deputat seçilmiş Rüstəm Xəlilovu görmək mümkün deyil.
 
Politika.Az yada salır ki, sovet dönəmində Rüstəm Xəlilovun atası Gülabba Xəlilov uzun illər "Jdanov" kolxozunda sədr işləyib. SSRİ dağılandan sonra isə Rüstəm Xəlilov və tayfası "Jdanov" kolxoznun bütün əmlakını mənimsəyiblər.
 
Hazırda Xəlilovlar camaatın pay torpaqlarını və bütün bələdiyyə torpaqlarını öz şəxsi torpaqları kimi işlədirlər. Sabirabadda Xəlilovlar ailəsinin əllərində yüz hektarlarla torpaq sahləri var.
 
Bundan başqa Sabirabadın kasıb əhalisinin torpaqlarını uzun müddətli icarə və alıq satqı ilə min hektarlar ərazidə əldə edilər. Deputatın əldə etdiyi torpaq sahələrində heyvandarlıq təsərrüfatından tutmuş balıqçılıq nohurlarına qədər var. Qarşı tərəfi dinləməyə hazırıq.
 
Xəlilov qardaşları və onların yaxınları Sabirabadda və ətraf rayonlarda vəzifələri ələ keçiriblər. Deputatın qardaşı Ağaəli Xəlilov 10 il Saatlıda polis rəisi işləyib. Təxminən bir il yarım bundan qabaq vəzifəsindən uzaqlaşdırılıb. Deputatın digər qardaşı Vaqif Xəlilov isə Sabirabadın Nizami kəndində məktəb direktoru işləyir.
 
Rüstəm Xəlilovun qardaşı oğlu Ağaşirin Xəlilov uzun illər Şirvan şəhər işıq idarəsində müdir işləyib və bir müddət əvvəl işdən çıxarılıb. Hazırda isə Şirvanda "Elit" restoranın sahibidir və oranı işlədir.
 
Millət vəkilinin bahqa bir qardaşı Telman Xəlilov Sabirabadda yerləşən DYP postunun rəisidir. Digər qardaşı da Sabirabad rayonunun Qaragünə kəndində sahə müvəkkildir.
 
Başqa bir qardaşıda vaxt ilə Şirvan Elektrik şəbəkəsində müdir işləyib. Hazırda isə Hacıqabul rayonunda satış müdiri işləyir.
 
Yada salaq ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) çağırılan deputat oğlunun kredit fırıldağında iştirak edənlər arasında adı çəkilirdi.

Загрузка...
Загрузка...