​Sabiq baş nazirin oğlu özünü atasının tapançası ilə öldürüb - VİDEO

 
    
 
Türkiyənin sabiq baş naziri Məsud Yılmazın oğlu Yavuzun intiharı  ilə bağlı təhqiqat davam edir.
 
Cebhe.info Türkiyə mediasına istinadən xəbər verir ki, Yavuz özünü  atasına məxsus Smith Wesson markalı tapança ilə öldürüb. Yavuz silahı İstanbulun Beykoz bölgəsində yerləşən ata evindəki yataq otağından götürüb. Hadisə ilə əlaqədar olaraq Məsud Yılmazın mühafizəisi, sürücüsü və evdə işləyən  xidmətçi dindirilib.
 
Məlumata görə, Məsud Yılmaza adi olan sənədləi silah baş nazirə 1993-cü ildə hədiyyə edilib.
 
Qeyd edək ki, Yavuz Yılmaz dünən intihar edib.
 
 
 
Aydın
Cebhe.info
 

Загрузка...
Загрузка...