Sabiq baş nazirin intihar edən oğlu epilepsiya xəstəsi imiş - FOTO - VİDEO

 
    
 
Türkiyənin sabiq baş naziri Məsud Yılmazın intihar etmiş oğlu Yavuz Yılmazla bağlı araşdırmalar davam edir.
 
Cebhe.info Türkiyə mediasına istinadən xəbər verir ki, Yavuzun xəstəliyi üzündən intihar etməsi ilə bağlı versiya irəli sürülüb. Kənt univeristeninin açıqlamasına görə, sabiq baş nazirin oğlu epilespiya xəstəliyindən əziyyət çəkirmiş.
 
Qeyd edək ki, Epilepsiya tutması – baş beyin neyronlarının həddən artıq güclü, hipersinxron boşalmasının klinik təzahürüdür. ET epileptik boşalmalara cəlb olunmuş baş beyin şöbələrinin funksional vəziyyətindən asılıdır və bu zaman ali baş beyin funksiyalarının pozulması, düşüncənin pozulması, anomal sensor və psixi hissiyyatlar, hərəki (motor) pozuntular, yayılmış tutmalar müşahidə olunur.
 
Qeyd edək ki, Məsud Yılmazın oğlu Yavuz dünən səhər saatlarında  atasına məxsus tapança ilə özünü öldürüb.
 
 
Aydın
Cebhe.info

Загрузка...
Загрузка...