Sabahdan paytaxtın bəzi küçələrində hərəkət tam bağlanacaq

Bakının Nizami rayonu Rüstəm Rüstəmov küçəsinin Bəkir Çobanzadə küçəsi ilə kəsişməsindən Qara Qarayev prospektinə qədər olan hissəsi (Dakar meydanı) iyunun 4-ü səhər saatlarından təmir işləri ilə əlaqədar hərəkətə tam bağlanacaq.
“Report” “Azəravtoyol” ASC-yə istinadən xəbər verir ki, əks istiqamətdə, yəni Qara Qarayev prospektindən Bəkir Çobanzadə küçəsinə doğru olan hissədə isə hərəkətə hər-hansı məhdudiyyət tətbiq edilmir.
“Azəravtoyol” vətəndaşlardan yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyir və sürücülərdən alternativ yollardan istifadə etmələrini məsləhət görür.