Sabah ölkə ərazisində hava yağışlı və küləkli olacaq

Martın 29-da Bakıda fasilələrlə yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.
 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, şimal-qərb küləyi arabir güclənəcək.
 Havanın temperaturu gecə 5-8 dərəcə isti, gündüz  8-12 dərəcə isti, Bakıda gecə 5-7 dərəcə isti, gündüz 9-11 dərəcə isti olacağı gözlənilir.
 Atmosfer təzyiqi 753 mm civə sütunundan 760 mm civə sütununa kimi yüksələcək.Nisbi rütubət gecə 85-95% təşkil edəcək.            
 Martın 29-da Azərbaycanın rayonlarında arabir yağış yağacağı, dağlıq rayonlarda sulu qara, qara keçəcəyi, yağışın bəzi yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3-8 dərəcə isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti olacağı gözlənilir.
 Martın 29-30-da Abşeron yarımadasında küləkli və rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.