Sabah İstanbul derbisi "Qalatasaray" - "Fənərbaxça" oyunu keçiriləcək.

ANS PRESS-in məlumatına görə, "Konyaspor"a uduzmaqla çempionluq yarışında ağır zərbə alan "Fənərbaxça" düşərgəsində ab-hava yaxşı deyil.
Türkiyə mətbuatı  derbidə də xalsız qalacağı halda "Fənərbaxça" prezidenti Əziz Yıldırım portuqaliyalı çalışdırıcı Vitor Pereyranı istefaya göndərəcəyini qeyd edib.
Türkiyə miqyasında yetərincə güclü heyətə malik "bülbüllər"in çempion ola bilməməsi, avrokuboklara da erkən "əlvida" deməsi bilavasitə məşqçilər korpusunun ayağına yazılır.