Sabah havanın temperaturu 25 dərəcəyə yüksələcək

Baxış sayı: 
111
0  
0  

Aprelin 19-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi arabir tutulacağı gözlənilir.
 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, axşama doğru havanın tutulacağı, yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.
 Cənub küləyi əsəcək. Havanın temperaturu  gecə 10-13, gündüz 18-23 dərəcə isti olacaq.
 Sabah Azərbaycanın rayonlarında əsasən, yağmursuz olacağı, lakin axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-13, gündüz 20-25, dağlarda gecə 2-7, gündüz 13-18  dərəcə isti olacaq.

Загрузка...
Загрузка...