Sabah bəzi yerlərdə qaz olmayacaq

Siyəzən magistral qaz kəmərləri sahəsində təmir işləri aparılacaq
Sabah saat 10:00-dan 17:00-dək “Qaz İxrac” İdarəsinin Siyəzən magistral qaz kəmərləri sahəsinin “Giləzi” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
 Musavat.com SOCAR-ın saytına istinadən xəbər verir ki, təmir müddətində Xızı rayonunun Giləzi, Yeni Yaşma, Şurabad, Sitalçay, Siyəzən rayonunun Zarat, Çandahar və Qara Siyəzən kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.