Sabah bu rayonlarda qaz olmayacaq

Mayın 4-də saat 10:00-dan 20:00-a qədər “Qaz İxrac” İdarəsinin Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Padar”, Astara magistral qaz kəmərləri sahəsinin “Göytəpə” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
Bu barədə SOCAR-ın mətbuat xidmətindən bildirilib.
Məlumata görə, təmir müddətində Ağsu rayonunun Padar, Cəlilabad rayonunun Göytəpə, Təklə, Pirilini, Ağdaş, Bəcirəvan və Maşalı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.