Sabah Bakının 5 rayonuna qaz məhdudiyyətlərlə veriləcək

Bakının Yasamal, Sabunçu, Xəzər, Xətai və Abşeron rayonlarınin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Bu barədə Musavat.com-a “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Məlumata görə, istismarı dayandırılmış qaz xətlərinin şəbəkədan ayrılması və yeni çəkilmiş qaz xətlərinin mənbəyə qoşulması, qaz xətti üzərində quraşdırılmış siyirtmənin təmiri və aşkar olunmuş qaz sızmalarının ləğv olunması, yaşayış massivinin ərazisindən keçən qaz xəttinin təhlükəsiz əraziyə köçürülməsi ilə əlaqədar aprelin 22-də saat 09:00-dan işlər yekunlaşanadək Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində, Sabunçu rayonunun Ramana və Sabunçu qəsəbələrində, Xəzər rayonunun Buzovna qəsəbəsində, Xətai rayonunun Nobel və Xocalı prospektləri, Y.Səfərov, S.Vəzirov, N.Rəfiyev, A.Cəlilov küçələrində, Abşeron rayonunun Ceyranbatan və Saray qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.