Sabah Azərbaycanda 24 dərəcəyədək isti olacaq

Aprelin 13-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə,  gecə və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.
Cənub-qərb küləyi əsəcək, günün ikinci yarısında şimal qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 9-12, gündüz 17-22, Bakıda gecə 10-12, gündüz 19-21 dərəcə isti olacaq.
Sabah Azərbaycanın bəzi rayonlarında yağış yağacağı, şimşək çaxacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 8-13, gündüz 19-24, dağlarda gecə 2-6, gündüz 13-18 dərəcə isti olacaq.