Sabah 20 dərəcə isti olacaq

Martın 23-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.
Turaninfo.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, havanın temperaturu gecə 3-7 dərəcə, gündüz 12-17 dərəcə isti olacaq. Bakıda gecə 4-6 dərəcə, gündüz 15-17 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq, cənub-qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu Aran rayonlarında gecə 1-6 dərəcə isti, gündüz 15-20 dərəcə isti, dağlıq rayonlarda gecə 0-5 dərəcə şaxta, bəzi yerlərdə 4 dərəcə isti, gündüz 8-13 dərəcə isti olacaq.