Saakyan ABŞ-dan sonra bu müsəlman ölkəsinə getdi

Baxış sayı: 
126

Qarabağ separatçılarının rəhbəri Bako Saakyan Livana səfər edib.
 
Axar.az xəbər verir ki, Saakyan Livanın Antilias şəhərində Böyük Kilikiya Evi Katolikosluğunun rəhbəri I Aramla görüşüb. Görüşdə əsas müzakirə mövzusunun diaspor ilə əlaqələr məsələsi olduğu vurğulanıb.
 
Saakyan Antiliasla bərabər Beyrutda da olub. O, burada Azərbaycan və Türkiyəyə qarşı teraktlarda aktiv iştirak edən, eləcə də Qarabağa özünün terrorçularını göndərən Daşnaksütyun, Hnçak və Ramkavar-Azatakan partiyalarının rəhbərləri ilə görüşüb.
 
Qeyd edək ki, Ermənilərin Böyük Kilikiya Evi Katolikosluğunun mərkəzi Antilias şəhərində yerləşir.
 
Xatırladaq ki, Saakyan bundan öncə ABŞ-a səfər etmiş, burada bir sıra konqresmenlərlə və erməni lobbisinin nümayəndələri ilə görüşmüşdü.

Загрузка...
Загрузка...