Saakaşvilinin istefası: Putinin kinayəli gülüşü...

 
Saakaşvilinin vəzifədən getməsi pis addımdır.
 
Axar.az xəbər verir ki, bunu “Qanapolski ilə 100” proqramının məşhur aparıcısı Matvey Qanapolski söyləyib. Onun sözlərinə görə, Saakaşvili dəyişikliklərin mayakı idi:
 
“Ondan sonra dəyişikliklər olmayacaq. Böyük ehtimalla Ukrayna dövlət strukturlarından digər xaricilərin qovulmasına start veriləcək. İkincisi, Gürcüstanda Saakaşviliyə nifrət edənlər deyəcəklər ki, görürsünüz, o, hətta Ukraynada ona yaradılmış isti şəraitin içində belə bacarmadı. Bunlar yalan olacaq. O özünün dediyi kimi, mümkün olmayan şərait ucbatından istefa verib. Üstəlik, bu istefa Kreml üçün bayram olacaq. Bu gün Putinin kinayəli gülüşü təsdiqlənəcək”.