Saakaşvilinin çıxışı gülüşə səbəb oldu - Video

Mixail Saakaşvilinin yeni çıxışı internetdə hitə çevrilib.
Turaninfo.az Avropa.info-ya istinadən  xəbər verir ki, Odessa qubernatoru jurnalistləri başına yığaraq, region prokurorunun istefası barədə fikrini demək istəyib. Ancaq nə qədər Ukrayna dilində danışmağa cəhd etsə də, dili topuq vurub, fikrinin ardını gətirə bilməyib. Rusca davam edib.
Daha əvvəl Saakaşvili ictimaiyyət qarşısında çıxışı zamanı corab içinə soxulmuş şalvarı ilə yadda qalmışdı.