Saakaşvilidən Gürcüstan ordusuna - Müraciət

 
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili silahlı qüvvələrə və polisə video-müraciət göndərib.
 
Turaninfo.az  Virtualaz.org-a istinadla xəbər verir ki, Saakaşvili dövlət aparatındakı şəxslərin heç birinə təhlükə olmadığını deyib.
 
"Dövlət aparatının hər bir əməkdaşına müraciət etmək istəyirəm ki, onlar üçün heç bir təhlükə yoxdur. Mən bizim dövlət institutlarımızla çox fəxr edirəm. Əgər Gürcüstan son iyirmi il ərzində dözdüsə, bu sizin xidmətinizdir. Həmçinin Gürcüstanın Silahlı Qüvvələrinin nümayəndələrinə və polisə müraciət etmək istəyirəm. Mən sizin hər birinizlə fəxr edirəm və siz gürcü dövlətinə xidmət etməyə, gürcü xalqının yanında olmağa davam etməlisiniz" - Saakaşvili qeyd edib.
 
Keçmiş prezident həmçinin bugünkü hakimiyyətə müraciət edib və onu heç nədən qorxmamağa çağırıb: "İndiki hökumətə - sabahkı siyasi müxalifətə demək istəyirəm ki, siz də heç nədən qorxmayın. Bizim vəzifəmiz keçmişə baxmaq, kimisə təqib etmək deyil. Bizim sizə cavabımız sürətli inkişaf və dirçəliş olacaq".