Saakaşvili vəzifəsindən azad edildi?

Ukraynanın Odessa vilayətinin qubernatorunun köməkçisi, Gürcüstanın Ukraynadakı keçmiş səfiri Teymuraz Nişnianidze bildirib ki, Saakaşvilinin işdən azad olunması ilə bağlı xəbərlər uydurmadır.
 
*   *   * 22:13
Ukrayna prezidenti Pyotr Poroşenko Odessa vilayətinin başçısı Mixail Saakaşvilinin tutduğu vəzifədən azad olunması barədə sərəncam imzalayıb. Virtualaz.xəbər verir ki, bu barədə məlumatı Ukraynanın Odessit.ua portalı yayıb.
Mənbənin bildirdiyinə görə, sərəncam açıq tarixlə imzalanıb, Poroşenko hələlik Saakaşvilinin yerinə kimi təyin edəcəyini müəyyənləşdirməyib.