Saakaşvili tutuldu

Baxış sayı: 
177
0  
0  

Mixail Saakaşvili polis tərəfindən saxlanılıb.
Axar.az xəbər verir ki, bunu Ukraynanın Baş prokuroru Yuri Luçenko Feysbuk hesabında yazıb.
“Qərara əsasən, Kiyevin Otradnaya qəsəbəsində Saakaşvilinin yeri müəyyən edilib və o, polis əməkdaşları tərəfindən saxlanılıb. Saakaşvili müvəqqəti təcridxanada yerləşdirilib”, - Luçenko bildirib.
***
“112 Ukrayna” kanalına açıqlamasında Baş Prokurorluğun mətbuat katibi Larisa Sarqan Saakaşvilinin həbsi ilə bağlı onun vəkillərinə məlumat verildiyini bildirib.
Azərbaycanın Ukraynadakı diaspor fəalı Hikmət Cavadov isə Saakaşvili tərəfdarlarının liderlərinin saxlanıldığı təcridxanaya doğru getdiyini bildirib.

Загрузка...
Загрузка...