​Saakaşvili Putinin buzlu suda çimmək "rekord"unu təzələdi - FOTOLAR

 
 
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Xaç suyuna salma mərasimində Dneprin buz kimi sularına baş vurub.
 
Gürüstanın keçmiş prezidenti, Ukrayna siyasətçisi Mixail Saakaşvili Xaç suyuna salma mərasimində ilk dəfə olaraq Dneprdə çimib. Bu barədə siyasətçi Feysbuk səhifəsində xəbər verib.
 
“Hidropark, xeyli mehriban insanlar və mənim çox soyuq Xaçsuyunda ilk çimməyim”-o yazıb.
 
Deyəsən, o da Putini qıcıqlandırmaq üçün fürsəti fövtə verməyib. Xatırladaq ki, Rusiya prezidenti də dünən buzlu suda çimdiyini nümyiş etdirməklə sağlamlığını əyani şəkildə dünyaya nümayiş etdirməyi lazım bilmişdi. Mişa da Volodyanı təqlid etməkdən ayrıca ləzzət alır...

Загрузка...
Загрузка...