​Saakaşvili: “İvanişvili mənim dönüşümdən qorxur”

 
Vahid Milli Hərəkat Partiyası oktyabrın 8-dəki parlament seçkisində əldə etdiyi səslərin hamısını müdafiə edəcək.
 
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili söyləyib.
 
Onun sözlərinə görə, Vahid Milli Hərəkat Partiyası bütün Gürcüstanda qalib olacaq:
 
“Bizə deyirlər ki, Sameqrelo və Acarıstanda Vahid Milli Hərəkat qalib gələcək. Bu belə deyil. Əgər hökumət hansısa regionlardan birində uduzacağını təsdiq edirsə, demək o hər yerdə uduzacaq. Mən Gürcüstana dönəcəm və seçkinin nəticələrini müdafiə edəcəm. İvanişvili nədənsə səhərdən axşama qədər dönəcəyim təqdirdə mənim həbs olunacağımı deyir. O mənim gəlişimdən çox qorxur”.