​Saakaşvili: “Avropa ona görə Ukraynanı alçaldır ki…”

 
 
Ukrayna xarici pullardan, xüsusilə, Beynəlxalq Valyuta Fondundan asılıdır.
 
Axar.az xəbər verir ki, bunu “112 Ukraina” televiziyasına müsahibəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili söyləyib. Onun sözlərinə görə, Ukrayna 2000-ci illərin Gürcüstanına bənzəyir:
 
“Bizim aramızda çox oxşar məqamlar var. Ukraynanın hazırda ozamankı Gürcüstana nisbətdə daha çox potensialı var. Niyə avropalılar bizimlə belə yuxarıdan danışmağa cəsarət edirlər? Ona görə ki, biz onların pullarından asılıyıq. Əgər biz BVF-nin hər altı aydan bir verdiyi yardımlardan asılı olmasaydıq, Ukrayna indi öz mövqelərini daha yaxşı qoruya bilərdi. Bunun üçün isə islahatlar lazımdır”.