S-400-lərin ilk partiyası Türkiyəyə bu tarixdə catdırılacaq

Rusiyanın S-400 zenit-raket sistemlərinin ilk partiyasının Türkiyəyə çatdırılması 2019-cu ildə həyata keçiriləcək.
Publika.az xəbər verir ki, bu haqda ölkə telekanallardan birinə Türkiyənin müdafiə naziri Nürəddin Canikli deyib.
Qeyd edək ki, S-400-lərlə bağlı razılaşma sentyabrın ortalarında əldə edilib. Müqavilənin dəyəri 2 milyard dollardır.
S-400 “Triumf” ən yeni böyük mənzilli zenit-raket kompleksidir. Kompleks 400 kilometrə qədər uzaqlıqda aerodinamik hədəfləri və 60 kilometrə qədər uzaqlıqda taktik ballistik hədəfləri və həmçinin 4,8 km/san-a qədər sürətlə uçan qanadlı raketləri, taktik və strateji aviasiyanın təyyarələrini, ballistik raketlərin manevr edən döyüş başlıqlarını vura bilir.
Erkən aşkar etmə radarı 600 kilometrə qədər məsafərə hədəfi aşkar edir. Raketlər 5 metrdən başlayan hündürlükdə aşağıdan uçan hədəfləri vura bilər. Müqayisə üçün deyək ki, “Patriot” yalnız ən azı 100 metr hündürlükdə hədəfləri vura bilir. Zenit-raket sistemi ilə 30 kilometrə qədər hündürlükdə olan hədəfləri məhv etmək mümkündür. Raketlərin bir neçə tipindən istifadə mümkündür, bu isə eşelonlaşdırılmış müdafiə qurmağa imkan verir.
Ömər Dağlı

Загрузка...
Загрузка...