''Rza Zərrabı ittiham edən prokuror və hakimin FETÖ-nün qonağı olduğu üzə çıxdı'' - Ərdoğan

 
Türkiyə prezidenti  Rəcəb Tayyib Ərdoğan  FETÖ  lideri Fətullah Güləni  təhvil verməyən, əvəzində Azərbaycan əsilli iş adamı Rza Zərrabı həbs edən ABŞ-ı sərt şəkildə tənqid edib. Avropa.info xəbər verir ki, Ərdoğan BMT-nin toplantısından qayıdarkən  təyyarədə jurnalistlərin suallarını cavablandırıb.
 
- Gülənin qaytarılması məsələsində Türkiyənin ABŞ-a təzyiqləri davam edir. Bayden ilə görüşdünüz, konkret bir irəliləyiş varmı?
 
- Baydenin ilə görüşümüzdə Rza Zərrab məsələsini də gündəmə gətirdim. ABŞ Ədliyyə Nazirliyinin bu işi həvalə etdiyi məhkəmə də maraqlıdır . Prokuror Bharara da,hakim Riçard Berman da Türkiyədə daha əvvəl FETÖ tərəfindən qonaq qəbul etmiş isimlərdir. Yəni Ədliyyə Nazirliyi Zərrabı tutub orada FETÖ-nün  yemlədiyi adlara təslim edir. Baydenlə bu haqda danışdım, "Mən bu qədərini bilmirdim" dedi. Bu iş hüquqla deyil, əlaqələr şəbəkəsi ilə həyata keçrilir. Bu adamı həyat yoldaşı və uşağı ilə birlikdə ABŞ-a giriş etdiyi anda həbs ediblər, həyat yoldaşı və uşağı da dərhal Türkiyəyə göndərilib.Baydendən "Bu həbs hansı qaydaya əsasən aparılıb" deyə soruşdum.Zərrab  bizim vətəndaşımız olduğu üçün, hüququnu müdafiə etmək  məcburiyyətindəyik.  ABŞ  Türkiyədə bir vətəndaşının həbs olunmasına necə laqeyd qalmırsa, biz də hər hansı bir vətəndaşımızın bir başqa ölkədə həbs olunmasına laqeyd qala bilmərik. Eyni zamanda bizim Ədliyyə və İqtisadiyyat nazirliklərimiz bu adamın bir suçunun olmadığını deyir.  İran da eyni şeyi deyir. Ancaq buna baxmayaraq  bu adam 6 aydır ki, ABŞ-da məhbus vəziyyətdədir.
 
- Gülənin qaytarılması məsələsində ABŞ sizcə  niyə müqavimət göstərir?
 
- Biz ekstradisiya tələbi ilə əlaqədar olaraq üzərimizə düşəni edirik. FETÖ-la bağlı bütün sənəd və məlumatlarımızı Amerika ilə bölüşdük, bölüşməyə davam edirik.FETÖ məsələsində hər kəs həssaslığı göstərməlidir. Bunlar qaçacaq yer tapmamalıdır. Bunlarla əlaqədar olaraq dünyadakı hökumət başçılarını, dövlət başçılarını eyni qətiyyətlə məlumatlandırmağa davam etdiririk.
 
 - Gülənin ABŞ-dan başqa ölkəyə gedişi üçün zəmin hazırlandığı şəklində iddialar var. Sizdə bu istiqamətdə bir məlumat varmı?
 
- Bu cür iddialar, dedi-qodular var. Başqa bir ölkəyə getsələr də bunlar itirirlər. Bu dəfə o ölkəyə sənədləri göndərəcəyik, tələb edəcəyik. Hamısından mühüm olan şey, xalqımın bunları artıq tanımış olmasıdır. Proses artıq onların xeyirnə deyil, onların əleyhinə işləyir. İnşallah, nəticəni də görəcəyik.
 
- Türkiyənin xəbərdarlıqlarına baxmayaraq  ABŞ müdafiə naziri Eşton Karter  Suriyada PYD-yə silah verdiklərini və onları dəstəkləməyi davam etdirəcəklərini açıqlayıb.
 
- Bizim etiraz etdiyimiz məqam, terror təşkilatı olan PYD/YPGYE silah verilməsidir. Baydenə iki gün əvvəl Kobaniyə iki təyyarə dolusu silah göndərdiklərini dedim. Mənə "mənim bundan xəbərim yoxdur" dedi. Mən də "Siz elə deyirsiniz, amma mənim xəbərim var" dedim. Bu necə işdir, vitse-prezident Bayden "xəbərim yoxdur" deyir, ertəsi gün də Karter çıxıb" silah verdik, verməyə də davam edəcəyik" deyir?
 
- "Firat  qalxanı" əməliyyatı nə yerdədir?
 
- Bilirsiniz, əməliyyata  Cerablusa girərək başladıq. Biz buraya daxil olanda İŞİD  cənuba doğru qaçmağa başladı. Burada  Münbiç var. Buranın əhalisinin yüzdə 95-i ərəbfir. Yəni bura PYD və YPG-lilərin yaşadığı bir yer deyil. Amma ABŞ  buradakı əməliyyatları  PYD və YPG ilə etmək istəyir. Bu zolaqda  İŞİD-in  boşaltdığı bəzi yerlərə  ABŞ-ın PYD və YPG-ni  yerləşdirdiyinə şahid olduq. İŞİD-in Cerablusu boşaltmaq məcburiyyətində qalmasının ardından isə orada  Cerablus sakinləri məskunlaşıb. İndi Münbiçə də geri dönüş başlayır İnşallah. Buralar boşalır, eyni şəkildə Əl Rai boşaldı. Müxaliflər bizim dəstəyimizlə  Ata gedirlər. Bab  da  İŞİD-dən azad ediləcək. Azad edilən yerlər əsl sahiblərinə təslim ediləcək.
 
- PYD  tam şəkildə Münbiçtən çıxdımı?
 
- Hazırda yalnız cüzi şəkildə PYD/YPG  terrorçusu qalıb. Onlar da çıxarılacaq.