Rza Zərrabı ABŞ-ın əlindən qurtaracaq qanun layihəsi qəbul edildi

Xarici ölkədə məhkum olunan türk vətəndaşı və ya Türkiyə ilə sıx sosial əlaqələri olan şəxslər, hökm verilməsi məqsədilə Türkiyəyə ekstradisiya olunacaq.
Musavat.com xəbər verir ki, Cəza Məsələlərində Beynəlxalq Hüquqi Əməkdaşlıq Qanunu layihəsi, TBMM-in plenar iclasında qəul edilərək, qüvvəyə minib. Qanun istintaq işinin xarici dövlətə təhvil verilməsi üsullarını da əhatə edir.
İstintaq işinin xarici dövlətə təhvil verilməsinin bir ildən artıq həbs cəzası alanlara şamil olunması şərti qoyulacaq.
Ölkədən kənarda törədilən və əfvə düşməyən, bir ildən çox həbs cəzası alan cinayətlər xarici dövlətlərdən təhvil alına bilər. Lakin həmin şəxs Türkiyədə mütəmadi olaraq yaşamırsa, Türkiyə vətəndaşı deyilsə, cinayət cəza tələb edən dövlətin sərhədlərindən kənarda törədilibsə, daha əvvəl Türkiyədə mühakimə olunubsa, təhvil tələbi qəbul edilməyəcək.
Təhvil şərtlərinin olmadığının təsbit edilməsi və ya təhvilin Türkiyənin milli təhlükəsizliyinin təməl prinsiplərinə uyğun olmaması halında, təhvil tələbi Ədliyyə Naziriyi tərəfindən ləğv ediləcək.
Əgər həmin şəxs təhvil verilərsə, onun cəzası Türkiyənin cəza qanunlarına əsasən icra ediləcək.
Təhvil qərarının qəbul olunması üçün məhkəmə məsrəflərini hökmlü şəxs ödəməli olacaq. Lakin həmin şəxsin buna imkanı çatmırsa, məsrəflər ödənilmədən də təhvil prosesi başladıla bilər.
Türkiyə Respublikasının vətəndaşı olan İran əsilli Rza Zərrab da bir müddət öncə ABŞ-da saxlanılmışdı. Əgər məhkəmə nəticəsində ona qarşı cəza hökmü oxunsa, Rza Zərrab da bu qanundan yararlana biləcək.