Rza Zərrab həbsxanadan çıxarıldı

Martın 19-da ABŞ-ın Florida ştatında, Myami şəhər aeroportunda həbs edilmiş İran əsilli türk biznesmeni Rza Zərrab Myami Federal Həbsxanasından Nyu-Yorka aparılıb.
 Turaninfo.az  Türkiyə mediasına istinadla xəbər verir ki, Rza Zərrab özəl həbsxana avtobusyla yola salınıb.
 Bir neçə saxlanılan şəxslə bir avtobusda Nyu-Yorka aparılan Zərrabın 8 saatlıq yolçuluqdan sonra ilk dayandığı yer Floridanın Tallahasse şəhəri olub.
 Myanmi ilə Nyu-York arasında məsafə avtobusla 24 saatlıq yoldur.
 Zərrabın Nyu-York Manhatten Federal Həbsxanasına çatanadək 2-3 məhbəsdə qalacağı və bunun 2 həftə çəkəcəyi söylənilir.
 Rza Zərrab bir sıra iqtisadi cinayətlərdə ittiham olunur.
- See more at: http://teleqraf.com/news/94285#sthash.7VpiKcar.dpuf