Rza Zərrab həbsdə qaldı

ABŞ-ın İran əleyhinə sanksiyalarını pozmaq cəhdində ittiham olunan İran əsilli türkiyəli iş adamı Rza Zərrabın zaminə buraxılması ilə bağlı vəsatət rədd edilib.
 Teleqraf.com xəbər verir ki, 10 milyon nəğd olmaqla 50 milyonluq yatırım qarşılığında azadlığa buraxılmaqla bağlı vəkillərin iddiasına hakim "yox" cavabı verib.
 Aprelin 2-dən bəri vəsatət müzakirə olunub. Hakim Riçard Berman qərarını bu gün açıqlayıb.
 Prokuror Prit Bharara feysbuk hesabında bildirib ki, hakim vəsatəti qəbul etməyib. Rza Zərrab bu ilin mart ayında Miamidə həbs edilib. O, ABŞ-ın İrana qarşı sanksiyalarını pozmaqda ittiham olunur.