Rza Zərrab Ebru Gündeşə verdiyi villanı geri alıbmış

ABŞ-da həbsdə olan iş adamı, müğənni Ebru Gündeşin həyat yoldaşı Rza Zərrabla bağlı xəbər var.
Turaninfo.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Mayamidə həyat yoldaşı və qızının gözü qarşısında həbs olunan Rza Ebruyla birgə sorğuya çəkilibmiş.
Belə ki, dərhal istintaq idarəsinə aparılan ikili orada saxlanılmış, qızları isə baxıcısı ilə birgə onları çöldə gözləyib. Birinci çölə çıxan Ebru Zərrab çölə qandallı çıxdığı üçün qızının onu görməsinə mane olub. O, həyat yoldaşıyla vidalaşmaq istəsə də, icazə verməyiblər. E.Gundeş Rza Zərrab aparıldıqdan sonra uzun müddət ağlayıb.
Bu gün isə R.Zərrabın dəniz kənarında Ebruya və özünə aldığı əkiz villaların ikisinin də öz adına keçirdiyi məlum olub. Əvvəl villalardan biri müğənninin adına olsa da, Rza ilin əvvəlində onu da öz adına keçiribmiş.