Rza şah Pəhləvinin oğlu İranı “ən seksual ölkə” adlandırdı...

 
 
Devrilmiş İran şahı Rza Pəhləvinin  oğlu iqtisadi icmalçı Saymon Konstebliyə müsahibəsində İranı “investisiya üçün  ən seksual ölkələrdən biri” adlandırıb.
 
Moderator.az  İsrail mediasına istinadla xəbər verir ki, bu haqda “Forbes” jurnalı yazıb. Reza Pəhləvi hesab edir ki,  İrana investisiya yatırımlarına  korrupsiya, təsərrüfatsızlıq və dövlət tərəfindən sosial dəstəyin olmaması mane olur. Hakim ayətullahlar rejiminin əsas prioriteti , dövlətin  milli maraqlarının həyata keçirilməsi deyil, öz hakimiyətlərinin qorunmasıdır.
 
Keçmiş şah oğlu hesab edir ki, İran enerji islahatları sahələrində, o cümlədən günəş enerjisindən istifadə, istehsal və xidmət sahələrinin inkişafı, xüsusilə də turizm sənayesində  böyük potensiala malikdir. Lakin  Reza Pəhləvi qeyd edib ki,  İran iqtisadiyyatına investisiyalar hazırda ABŞ tərəfindən sanksiyaların tətbiqinə gətirib çıxarmış  ayətullahlar rejiminin siyasəti nəticəsində  çətinləşib. Pəhləvi hesab edir ki,  vəziyyətin dəyişməsi üçün ölkədə şəffaf  və nəzarət  oluna bilən  idarə sistemi yaradılması vacibdir.

Загрузка...
Загрузка...