Rüstəmxanlı: “Niyə bu xəbəri gizli saxlayıblar?”

Baxış sayı: 
199

 
Sabir Rüstəmxanlının “İki kəlmə” adlı şerlər kitabı yüksək səviyyəli tərtibatı və poliqrafiya icrasına görə MDB ölkələrinin kitab mədəniyyəti, poliqrafiya və kitab yayımı üzrə Dövlətlərarası Şurasının keçirdiyi müsabiqədə xüsusi diplomla mükafatlandırılıb. Kitabı “Şərq-Qərb” nəşriyyatı çap edib.
 
Teleqraf.com xəbər verir ki, şair özü məsələyə münasibət bildirib.
 
Sabir Rüstəmxanlı qeyd edib ki, xəbəri Türkiyədən Bakıya qayıtdığı zaman eşidib:
 
“Əslində bu, nəşriyyatın xidmətidir. Mən onları təbrik edirəm. Sadəcə olaraq diplomun şəklini görəndə təəccübləndim. Məlum oldu ki, diplom bu il sentyabrın 8-də verilib. Çox güman ki, ənənəvi Moskva kitab sərgisi günündə. Maraqlıdır, bu xəbər niyə nəşriyyata dekabr ayında çatıb?
 
Bilirəm ki, Azərbaycan o sərgidə hər il təmsil olunur. Görəsən, bu il bizdən sərgiyə kimlər gedib və bu məlumatı indiyə qədər niyə gizli saxlayıblar?
 
Təbii, bu, böyük hadisə deyil, amma bir halda ki, kitab mədəniyyətimizin bir göstəricisidir, o zaman bunun üstündən keçmək doğru olmazdı”.
 
Müəllif: Cavad

Загрузка...
Загрузка...