Rüstəm İbrahimbəyova görə həbs olunan sabiq nazir azadlığa buraxıldı

Sabiq xarici iqtisadi əlaqələr naziri Nicat Quliyev azadlığa buraxılıb.
 
Turaninfo.az Musavat.com- a istinadən məlumat verir, sabiq nazirin həbs müddəti başa çatıb.
 
Qeyd edək ki,  N.Quliyev keçmiş MTN rəhbərliyi tərəfindən 2013-cü ilin 7 avqustunda həbs edilmişdi. Həbsin siyasi motivi də olub. Nicat Quliyev o zamankı Milli Şuraya gizli dəstək verməsi və bu qurumu təsis edən Rüstəm İbrahimbəyovla telefonla danışması səbvəbindən diqqəti cəlb etmişdi. 
 
Onun bağ evindən "Kalaşnikov" avtomatı götürülmüşdü.
 
Həmin vaxt sabiq nazir qanunsuz  odlu silah saxlamada təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.
 
Xatırladaq ki, N.Quliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun xalası oğludur.