Rüstəm İbrahimbəyov yazdı: “Qırxıncı gün”

Tanınmış kinodramaturq Rüstəm İbrahimbəyov Contact.az saytında yazılı açıqlama ilə çıxış edib. Musavat.com həmin açıqlamanı təqdim edir:
Martın 22-də Bakıya gəldim. Bir neçə gündən sonra Yeni Azərbaycan Partiyasının rəsmi təmsilçisi mənim sərhəddi maneəsiz keçməyimi hakimiyyətin “humanizm” nümayiş etdirməsi kimi dəyərləndirdi. Həmin günlərdə mənim Bakıda olmağımın zəruriliyini  izah etməyə ehtiyac yoxdur. Bununla belə mən qardaşımı dəfn etmək imkanı qazanmağımı kiminsə humanistliyinin nəticəsi saya bilmərəm.                  
Bu gün Maqsudun vəfatının 40-cı günüdür.  Mən ailəmizin dərdini bizimlə bölüşənlərə təşəkkür edirəm. Matəm mərasiminin təşkilinə görə  Azərbaycan rəhbərliyinə və Yazıçılar Birliyinə minnətdarlığımı bildirirəm.
Maqsud İbrahimbəyov görkəmli yazıçı idi.  Kitab oxumaq insanların maraq dairəsində qaldıqca onun yazdığı povest və hekayələrə də tələbat olacaq.
Onun xatirəsini anmaq üçün aprelin 30-da gələn bütün insanlara təşəkkür edirəm.