“Rusların əksəriyyəti üçün Putin əsl “mujik”dir”

Elxan Şahinoğlu: “Bu gün Rusiyada Putin çəkisində siyasətçi yoxdur”
 
 
Rusiya prezidenti Vladimir Putin 2018-ci ildə keçiriləcək prezident seçkilərinə növbəti dəfə öz namizədliyini irəli sürəcəyini bildirib.
 
Maraqlıdır, Putinin bu seçkilərdə məğlub olmaq ehtimalı varmı? Seçkilərdə fərqli siyasi qüvvələrin qalib gəlməsi Rusiyanın ənənəvi siyasətində hansısa dəyişikliyə səbəb ola bilərmi?
 
Moderator.az-a açıqlama verən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hələ ki, Putinə ciddi bir rəqib görmədiyini vurğulayıb:
 
“Qarşıdakı seçkilərdə Putinə alternativ şəxs görmürəm. Parlamentdəki müxalifət liderləri həmişə Putinə məğlub olub. Kommunist Partiyasının lideri Gennadi Züqanov və Liberal Demokrat Prtiyasının sədri Vladimir Jirnovski nümunəsi buna misaldır. Yqin ki, qarşıdakı seçkilərdə bu şəxslər yenə də öz namizədliklərini irəli sürəcək və həmişəki kimi məğlub olacaqlar.
Sistemdənkənar müxalifər təmsilçilərindən biri Aleksey Navalnıdır. Hansı ki, onun namizədliyi böyük ehtimalla qeydə alınmayacaq. Digəri isə tanınmış jurnalist Kseniya Sobçakdır. Lakin onun da böyük səs çoxluğu qazanacağını düşünmürəm. Bu gün Putinə alternativ fiqur yoxdur. Rusiya iqtisadiyyatında ciddi çətinliklərin olmasına baxmayaraq, rus cəmiyyətinin əksəriyyəti Putinə dəstək verir. Görünür, Putinin yaratdığı sabitlik rusların ürəyincədir. 90-cı illərdə Rusiyada xaotik bir durum var idi. Çeçenistanla müharibə, iqtisadi vəziyyətin ağırlığı vəziyyəti çətinləşdirirdi.Putin isə mərkəzi hakimiyyət qurub. Xarizmatik bir fiqurdur və dünya ilə üz-üzə gəlməkdən çəkinmir. Ruslarda “mujik” deyilən bir ifadə var. Onlar Putinə bir “mujik” kimi səs verirlər. Rusiyanın maraqları baxımından cidid mübarizə aparır, Suriyada uğur qazanır və s. Putin siyasətindən narazı olsam da, etiraf etməliyəm ki, hələ ki, Rusiyada Putin çəkisində siyasətçi yoxdur”.
 
Seymur Əliyev

Загрузка...
Загрузка...