​Ruslardan şok etiraf: Berlinə birinci azərbaycanlılar girib

 
Rusiyanın NTV telekanalında yayımlanan intellektual verlişlərin birində II Dünya müharibəsi ilə bağlı maraqlı fakt üzə çıxıb.
 
Axar.az xəbər verir ki, aparıcı “1945-ci il mayın 2-də leytenant Məcidovun rəhbərliyi ilə dörd döyüşçü məhz bunu edib…” – deyə sualını verib.
 
Vadim adlı iştirakçı isə dərhal sualı cavablandırıb: “Berlində Brandenburq qapıları üstünə qələbə bayrağı sancıblar”.
 
Qeyd edək ki, 1945-ci ilin aprelin 21-də azərbaycanlılardan təşkil olunmuş 416-cı diviziya Berlin şəhərinə qədər irəliləyərək, bir neçə strateji mövqeləri ələ keçirmişdi.
 
Daha sonra mayın 2-də leytenant Rəşid Əsəd oğlu Məcidovun rəhbərlik etdiyi 4 nəfərlik qrup (Məmmədov, Əhmədzadə, Berejnoy və Andreyev) Bradenburq darvazalarına qələbə bayrağını sancmışdılar.