​Ruslardan Lənkəranski filmi: “Bir nömrəli oğru...” – Video

 
 
Rövşən Lənkəranskinin ölümündən sonra onun haqqında çəkilən sənədli filmlər yenidən sosial şəbəkələrdə populyarlıq qazanmağa başlayıb.
 
Axar.az xəbər verir ki, görüntülərdən biri də Rusiya televiziyalarından birinin Lənkəranski haqqında çəkdiyi sənədli film olub. Filmi hazırlayan şəxslər onunla bağlı bir sıra ekspertlərə müraciət ediblər. Hətta bu filmdə o, azərbaycanlılar arasında 1 nömrəli avtoritet də adlandırılıb. Müəlliflər Lənkəranskinin təkcə azərbaycanlılar arasında yox, həm də digər ölkələrdəki kriminal aləmlərdə çox məşhur olduğunu bildiriblər:
 
“Lənkəranski 2006-cı ildə Rusiyadakı azərbaycanlılardan ibarət cinayətkar qrupu öz tabeliyi altına alır. Lakin o, yaşlı nəslin tələb etdiyi oğru ənənələrinə əməl etmək istəmirdi”.
 
Müəlliflər həmçinin Lənkəranskini qanuni oğruları satmaqda ittiham ediblər. İddiaya görə, guya o, Moskvada keçirilən “sxodka”lardan birinin yerini hüquq mühafizə orqanlarına sızdırmaqla bütün rəqiblərindən azad olub. Müəlliflər məhz bundan sonra Lənkəranski ilə o zamankı lider Ded Xasan arasında münasibətlərin kəskinləşdiyini və Lənkəranskinin Usoyana qarşı olan digər qanuni oğrularla birləşməyə məcbur olduğunu bildiriblər.