Ruslar şərq sərhədində hərbi təlimə başladı

Rusiya ölkənin şərqində, Primorski əyalətinin Sergeyevsk poliqonunda hərbi təlimlərə başlayıb.
​Turaninfo.az Axar.az-a istinadən xəbər verir ki, təlimlərə aviasiya, ağır artilleriya və sairə cəlb edilib. Təlimdə həmçinin “Pantsir-S”, “Şilka” özüyeriyən zenit qurğulardan istifadə olunub. 3 min nəfər əsgərin qatıldığı təlimdə ümumilikdə 800 hərbi texnika iştirak edib.
 Qeyd edək ki, Primorski əyaləti Uzaq Şərqdə yerləşir. Əyalət qurudan Çin və Şimali Koreya, sudan isə Yaponiya ilə sərhəddir.