Ruslar ölkənin düşmənlərini sırladılar: ABŞ, Ukrayna, Türkiyə ...

Rusiya vətəndaşları “Levada sentr”in keçirdiyi sorğuya görə, ölkənin başlıca düşmənlərini sayıblar. Bunlar ABŞ, Türkiyə və Ukraynadır.
Musavat.com-un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə sorğuda “1-ci yeri” ABŞ tutub. Belə ki respondentlərin 72 faizi Amerikanı daha təhlükəli düşmən hesab edib. İkinci sırada isə Ukrayna gəlir.-48 faiz. Qeyd edək ki, keçən il bu göstərici 37 faiz civarında olub. Üçüncü yer isə Türkiyəyə qismət olub - 29 faiz. Maraqlıdır ki, 2015-ci ildə rusların sadəcə 1 faizi Türkiyəyə düşmən gözü ilə baxıb.
Ruslar özlərinə dost olaraq Belarusu, Qazaxstanı və Çini seçiblər.
Xatırladaq ki hələ keçən ilin dekabrında “Levada sentr”-in keçirdiyi sorğuda Rusiya vətəndaşlarının 75 faizinin Qərblə münasibətlərin düzəlməsini istədiyini göstərib.